...

AMİP İran səfirliyi qarşısında növbəti piketini keçirəcək

Siyasət Materials 28 Fevral 2007 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) martın 7-də İran İslam Respublikasının Bakıdakı səfirliyinin qarşısında etiraz aksiyası keçirməyə qərar verib. Bu barədə AMİP-dən məlumat verilib.

Piketlə bağlı fevralın 28-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərilib. Partiyanın mətbuat xidmətinin rəhbəri Əli Orucov bu aksiyanı keçirməkdə israrlı olduqlarını bildirib.

Partiya İran hakimiyyəti tərəfindən Güney Azərbaycanda insan hüquqlarının pozulmasına, milli hərəkat fəallarının siyasi motivlərlə həbs olunmasına etiraz edir.

Xəbər lenti

Xəbər lenti