...

Naxçıvan MR Ali Məclisində müşavirə keçirilib

Siyasət Materials 28 Fevral 2007 15:48 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir C.Qurbanoğlu/ Naxçıvan MR Ali Məclisində müşavirə keçirilib. Trend in Naxçıvan Bürosunun məlumatına görə, müşavirədə "Naxçıvan MR-də kartofçuluğun inkişafı üzrə dövlət proqramı (2005-2010-cu illər)"nda nəzərdə tutulan tədbirlərin icrası, yaz-tarla işlərinə hazırlığın vəziyyəti, yaşıllaşdırma tədbirləri ilə bağlı məsələlər müzakirə edilib.

Müşavirədə çıxış edən Ali Məclis Sədri Vasif Talıbov kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Muxtar Respublikada kənd təsərrüfatının inkişafı üçün potensial imkanların lazımınca dəyərləndirilməsinin vacib olduğunu bildirib. Vasif Talıbov kartof və taxılçılığın inkişafı üçün təbliğat işinin genişləndirilməsinin, kreditlərin verilməsinin də əhəmiyyətini qeyd edib.

"Real vəziyyət ondan ibarətdir ki, biz daxili bazarı 50-60 faiz yerli məhsullarla təmin edə bilirik. Bazarı 100 faiz təmin etmək üçün də imkanlarımız var. Bu gün bizim imkanlarımız əldə etdiklərimizdən qat-qat çoxdur", - deyən Ali Məclis Sədri proqnozlar hazırlanılarkən bu sahələrin vəziyyətinin hərtərəfli öyrənilməsini tapşırıb. "Əvvəl yerlərə gedəndə bizdən şərait yaradılmasını, dəyirmanlar, su anbarları qurulmasını tələb edirdilər. Bu tələblər yerinə yetirildi. İndi biz tələb edirik: yaradılmış şəraitdən səmərəli istifadə edilməli, əkilmiş torpaqların məhsuldarlığını yüksəltməli , daxili bazarı yerli məhsullarla təmin etməliyik", -deyə Vasif Talıbov bildirib.

Müşavirədə həmçinin aidiyyatı orqanların rəhbərlərinin də məsələ ətrafında məruzələri dinlənilib.

Xəbər lenti

Xəbər lenti