...

Gəncədə yerləşən 20 yanvar xatirə kompleksi yenidən ucaldılacaq

Siyasət Materials 28 Fevral 2007 18:07 (UTC +04:00)

Azərbaycan, Gəncə/ Trend müxbir V.Məmmədov/ Gəncədə yerləşən 20 yanvar xatirə kompleksi yenidən ucaldılacaq. Bu barədə şəhər İcra Hakimiyyətinin başçısı E. Əzizov məlumat verib.

"Şəhərdə olan 20 yanvar xatirə kompleksi müxtəlif hündürlükdə olan 3 dirəkdən ibarətdir. Ən hündürü Azərbaycandır ki, onun da üzərində kiçik ölçülü heykəl və qan təsvir olunub. Mən bunun mənasını soruşdum. Dedilər ki, 1990-cı ildə ucaldılan bu abidə kompleksində dirəklərin mənası var ki, ən hündürüdə Azərbaycandır. Onun üzərində 20 yanvarı əks etdirən rəmz var. Ondan kiçiyi Gürcüstan, lap kiçiyi isə Ermənistandır. Mən fikirləşirəm ki, bəlkə də 1990-cı ildə bu həmin vaxtı hakimiyyətdə olanların təşəbbüsü ilə ucaldılıb və Ermənistan da ora daxil edilib. Lakin indi bunun dəyişdirilməsinə böyük ehtiyac var", - deyə E. Əzizov bildirib.

E. Əzizov kompleksin layihəsinin hazırlanması ilə bağlı şəhər Memarlıq şöbəsinə göstəriş verib.

Xəbər lenti

Xəbər lenti