...

AXCP sədri Norveç səfiri ilə görüşüb

Siyasət Materials 28 Fevral 2007 20:04 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.İlhamqızı/Fevralın 28-də AXCP sədri Əli Kərimli Norveçin Azərbaycana yeni təyin olunmuş səfiri Jon Ramberqlə görüşüb. Bu barədə AXCP-dən məlumat verilib.

Görüşdə partiyanın keçmiş və indiki fəaliyyəti barədə səfirə ətraflı məlumat verilib. Eləcə də mövcud ictimai-siyasi vəziyyət, son illərdə ölkədə keçirilmiş seçkilər, söz və mətbuat azadlığının, insan haqlarının vəziyyəti, Azərbaycanın Avroatlantika məkana inteqrasiyasının perspektivi ətraflı müzakirə olunub.

Norveç səfiri öz növbəsində bildirib ki, Azərdaycanda siyasi, iqtisadi islahatların həyata keçirilməsi ölkəsinin maraqlarına uyğundur və Norveç Azərbaycanla münasibətlərə ciddi önəm verməkdə qalacaq.

Xəbər lenti

Xəbər lenti