...

Tərtər çayında suyun səviyyəsi xeyli artıb

Siyasət Materials 28 Fevral 2007 20:10 (UTC +04:00)

Azərbaycan, Bərdə/müxbir Trend Ş.Cəliloğlu/Tərtər çayında suyun səviyyəsi son 1-2 gündə xeyli artıb. Çayda suyun səviyyəsinin artmasının səbəbini Bərdə rayon Ekologiya və Təbii Sərvətlər şöbəsindən bildirilib ki, hava şəraitinin pisləşməsi və yağış yağması ilə bərabər ermənilər ilin bu fəsilində Tərtər çayı üzərində yerləşən Sərsəng su anbarından çayın qarşısını açması ilə əlaqədardır. Ermənilər adatən ilin bu fəsillərində çayın qarşısını açır ki, azərbaycanlılar əkin-biçinlə məşğul ola bilməsinlər. Rayon Ekologiya və Təbii Sərvətlər şöbəsindən bildirilib ki, ermənilər suyun qabağını açmağa məcburdular. Çünki, su anbarında su həddindən artıq yığılıb.

Xəbər lenti

Xəbər lenti