...

Azərbaycan prezidenti Polşa xarici işlər nazirini qəbul edib

Siyasət Materials 28 Fevral 2007 20:24 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Bu gün Azərbaycan prezidenti İlham Əliyev Polşanın XİN rəhbəri Anna Fotıqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan prezidentinin bildirdiyinə görə, Azərbaycan və Polşa arasında münasibətlər uğurla inkişaf edir. O, həmçinin ölkələr arasında qarşılıqlı əlaqələrin səviyyəsindən məmnun olduğunu bildirib. İ.Əliyev bu səfərin dövlətlər arasında münasibətlərin möhkəmlənməsinə səbəb olacağına əminliyini bildirib.

A.Fotıqa Azərbaycanla münasibətlərin vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti