...

FHN ölkənin cənub regionlarına güclü küləyin nəticələrini aradan qaldırmaq məqsədilə materiallar göndərib

Siyasət Materials 28 Fevral 2007 20:34 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Fövqaladə Hallar Nazirliyi (FHN) Azərbaycan prezidentinin göstərişinə əsasən, ölkənin cənub regionlarına güclü küləyin nəticələrini aradan qaldırmaq məqsədilə müxtəlif tikinti materiallarından ibarət karvan göndərib. Bu barədə bu gün nazirlikdən məlumat verilib. Güclü küləkdən Lerik, Yardımlı, Masallı, Astara və Lənkəran rayonlarının ictimai və şəxsi obyektlərinə ziyan dəyib. Rayonlara o cümlədən, nazirliyin ehtiyat fondundan 3,5 min ədəd şifer, pəncərə üçün 2 min kvadrat metr şüşə və 20 kub metr taxta göndərilib.

Hazırda nazirliyin mütəxəssislərdən ibarət komissiyası bu regionda güclü küləyin nəticələrini qiymətləndirməkdə davam edir.

Xəbər lenti

Xəbər lenti