...

Son bir ayda Bakıda təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə 9916 sürücü cərimələnib

Siyasət Materials 1 Mart 2007 11:23 (UTC +04:00)

Azərbaycan, Bakı/ müxbir Trend E.Hüseynli/Son bir ay ərzində Bakı şəhərində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə 9916 sürücü cərimələnib. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nəqliyyatın təhlükəsizliyinin təmini və ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, sürücülərdə təhlükəsizlik kəmərindən istifadə vərdişi yaranana kimi yol polisi reydləri davam etdirəcək. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi təhlükəsizlik kəməri ilə bağlı fevralın 1-dən ölkə üzrə reydlərə başlayıb.

Xəbər lenti

Xəbər lenti