...

BMT baş katibinin köməkçisi xanım Kori Udoviçkinin Azərbaycana səfəri başlayır

Siyasət Materials 1 Mart 2007 11:36 (UTC +04:00)

Azərbaycan, Bakı/müxbir Trend E.Hüseynli/ Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (BMTİP) Administratorunun yardımçısı və Avropa və Müstəqil Dövlətlər Birliyi (MDB) üzrə regional bürosunun direktoru xanım Kori Udoviçki martın 1-4-də Azərbaycanda səfərdə olacaq. Bu barədə BMTİP-in İctimaiyyətlə Əlaqə və İnformasiya şöbəsindən məlumat verilib. Missiya çərçivəsində K.Udoviçkinin Azərbaycanın hökumət rəsmiləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə BMTİP-in Azərbaycana dəstəyinin gücləndirilməsi, xüsusilə də Azərbaycan hökumətinin "qara qızılın insan qızılına çevrilməsi" sahəsində göstərilən səylərinə qurumun verə biləcək töhfələri müzakirə ediləcək.

Qeyd edək ki, xanım Udoviçki Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (BMTİP) Administratorunun yardımçısı və Avropa və Müstəqil Dövlətlər Birliyi (MDB) üzrə regional bürosunun direktoru vəzifəsinin icrasına fevralın 1-dən başlayıb. O, Serbiya Respublikasının bir sıra yüksək rəhbər vəzifələrində çalışıb. 2003-cü il iyulundan 2004-cü ilin martınadək Serbiya Milli Bankının rəhbəri, 2002-2003-cü illər Serbiyanın Energetika və Mədən Sənayesi naziri və digər vəzifələri icra edib.

Xəbər lenti

Xəbər lenti