...

Ümid Partiyası martın sonu, aprelin əvvəllərində qurultay keçirəcək

Siyasət Materials 1 Mart 2007 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Əlizadə/ Martın sonu, aprelin əvvəllərində Ümid Partiyasının ikinci qurultayı keçiriləcək. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib ki, artıq 52 rayon və şəhər təşkilatlarında qurultaya hazırlıq konfranslarını başa çatdırıblar. Bir neçə yerli təşkilatlar isə martın sonuna kimi konfranslarını keçirəcəklər.

İ.Ağazadə vurğulayıb ki, qurultayda təşkilatı məsələlər müzakirə olunacaq.

"Eyni zamanda prezident seçkilərinə hazırlıqla bağlı məsələlər müzakirə ediləcək. Ümid Partiyası prezident seçkilərində öz namizədi ilə iştirak etmək haqqında qərar qəbul edəcək", deyə partiya sədri əlavə edib.

İ.Ağazadə deyib ki, yenidən partiya sədrliyinə namizədliyini irəli sürəcək. Hələlik alternativ namizəd yoxdur. Ümid Partiyası 2008-ci ildə keçiriləcək prezident seçkilərində İqbal Ağazədənin namizədliyini irəli sürəcəyini bəyan edib.

Xatırladaq ki, müxalifətyönlü Ümid Partiyası 2002-ci ildə yaradılıb. Partiya Milli Məclisdə bir deputatla təmsil olunur.

Xəbər lenti

Xəbər lenti