...

Elman Məmmədov: "Xocalı faciəsi haqqında materiallar tam hüquqi vəziyyətə gətirilib beynəlxalq məhkəməyə göndəriləcək"

Siyasət Materials 1 Mart 2007 16:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ "Xocalı faciəsi haqqında materiallar tam hüquqi vəziyyətə gətirilib beynəlxalq məhkəməyə göndəriləcək". Xocalı şəhərinin kemiş icra başçısı, millət vəkili Elman Məmmədov Xocalı faciəsinin ciddi şəkildə araşdırılmaması ilə bağlı fikirlərə münasibət bildirərkən deyib ki, faciənin araşdırılması və bu soyqırımının törədilməsində günahı olan şəxslərin müəyyənləşdirilməsi üçün Milli Təhlükəsizlik Nazirliyi və Hərbi Prokurorluq tərəfindən çox ciddi işlər aparılıb, istintaq materialları hazırlanıb. E.Məmmədov qeyd edib ki, soyqırımının törədilməsində iştirak edən erməni millətindən olan hərbi canilər haqqında və 366-cı alayın rəhbər və zabit heyəti haqqında məlumatlar yığılıb.

"Dünya azərbaycanlıları bir çox ölkələrdə faciə ilə bağlı böyük tədbirlər keçirirlər. Diapor təşkilatlarımız müvafiq beynəlxalq qurumlara, o cümlədən, Beynəlxalq Haaqa Məhkəməsinə sənədlər təqdim edir",-deyə E.Məmmədov qeyd edib.

Xəbər lenti

Xəbər lenti