...

İran səfiri vəzifəsini vaxtından əvvəl tərk etməsi barədə fikirləri təkzib edib

Siyasət Materials 1 Mart 2007 16:06 (UTC +04:00)
İran səfiri vəzifəsini vaxtından əvvəl tərk etməsi barədə fikirləri təkzib edib

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynov/İranın Azərbaycandakı səfiri Əfşar Süleymani vəzifəsini vaxtından əvvəl tərk etməsi barədə fikirləri təkzib edib.

Martın 1-də jurnalistlərlə görüşdə səfir bildirib ki, martın 2-də onun İran İslam Respublikasının fövqaladə və səlahiyyətli səfiri səlahiyyəti başa çatır. Onun sözlərinə görə, o, bu vəzifəni 2004-cü ilin sentyabrından icra edib, lakin ürəyində aparlımş ağır əməliyyatdan sonra vəzifəsini tərk etməyə məcburdur. Həkimim mənə az danışmağı, az həyacan keçirməyə və stressdən uzaq olmağı məsləhət edib, deyən səfir ələvə edib ki, 3 il müddətinin 2 il yarımının bitməsinə baxmayaraq bu vəzifədən gedir.

Bununla belə, Ə.Süleymani məlumat verib ki, o, artıq XİN-dən başqa dövlətlərdə səfir vəzifəsini tutmaq təklifini alıb, lakin imtina edib, belə ki, onun istirahətə ehtiyacı var. Mənə digər dövlətlərdə səfir vəzifəsini tutmaq təklifinin verilməsi Azərbaycanda kəskin bəyanatlarıma görə vaxtından əvvəl vəzifədən getməyim barədə fikirlərin yalnış olduğunu əks etdirir. Ə.Süleymani deyib ki, hər zaman mülahizələrində rəsmi Tehranın mövqeyini ifadə edib.

Xəbər lenti

Xəbər lenti