...

Milli Məclisin martın 2-nə nəzərdə tutulan iclası təxirə salınıb

Siyasət Materials 1 Mart 2007 16:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin martın 2-nə keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, parlamentin iclasları müzakirə üçün hazır qanun layihələri olduqda keçirilir. Hələlik isə müzakirə üçün hazır qanun layihəsi yoxdur. Növbəti toplantının nə vaxt baş tutacağı isə dəqiqləşməyib.

Qeyd edək ki, daxili nizamnaməyə görə qanunverici orqanın iclasları adətən həftənin çərşənbə axşamları və cümə günləri keçirilir.

Xəbər lenti

Xəbər lenti