...

Millət vəkili: "Ermənistanın qanunsuz silahlanması məsələsi NATO PA-da qaldırılacaq"

Siyasət Materials 2 Mart 2007 14:43 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Əlizadə/Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyəti qurumun yaz sessiyasında Ermənistanın qanunsuz silahlanması məsələsini qaldıracaq. Azərbaycanın NATO-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Siyavuş Novruzov bildirib ki, hazırda bu məsələ ilə bağlı hazırlıq işləri görülür.

Millət vəkilinin sözlərinə görə, NATO Parlament Assambleyasının yaz sessiyasının gündəliyi yaxın günlərdə məlum olacaq.

S.Novruzov qeyd edib ki, NATO Parlament Assambleyasının yaz sessiyası may ayında Macarıstanın paytaxtı Budapeşt şəhərində keçiriləcək.

Onun sözlərinə görə, hələlik sessiyada hansı məsələlərin müzakirə olunacağı dəqiqləşməyib.

Qeyd edək ki, Azərbaycan NATO-nun üzvü olmasa da, ölkəmizi təmsil edən millət vəkilləri qurumun Parlament Assambleyasında assosiativ üzv statusunda təmsil olunurlar.

Xəbər lenti

Xəbər lenti