...

50-dən artıq deputata köməkçi təyin olunub

Siyasət Materials 2 Mart 2007 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Əlizadə/Milli Məclisin 50-dən artıq deputatına köməkçi təyin olunub. Milli Məclisin mətbuat katibinin müavini Mehman Qayıbov bildirib ki, deputat köməkçilərinin təyin olunması üçün sənəd qəbulu davam edir.

Onun sözlərinə görə, bunun üçün son müddət müəyyənləşdirilməyib. Bu iş daha çox millət vəkillərindən saılıdır. Çünki deputatlar öz köməkçilərini özləri seçirlər. Bundan sonra sənədlər parlamentin kadrlar şöbəsinə təqdim olunur. Əgər deputatın seçdiyi köməkçi müəyyənləşdirilən qaydalara cavab verirsə o, köməkçi təyin olunur.

Qeyd edək ki, deputat köməkçiləri millət vəkilinin seçildiyi dairənin ərazisində daimi qeydiyyatda olmalı və yaşamalı, ali təhsilli olmalıdır.

Xəbər lenti

Xəbər lenti