...

Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun növbəti iclası Ermənistandakı parlament seçkilərindən sonra keçiriləcək

Siyasət Materials 2 Mart 2007 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend İ.Əlizadə/Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun növbəti iclası Ermənistandakı parlament seçkilərindən sonra keçiriləcək. Azərbaycanın Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupundakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzovun sözlərinə görə, seçkilər başa çatandan sonra Ermənistanı qurumda təmsil edən deputatların mandatı təsdiq olunmalıdır ki, iclasın keçirilməsi mümkün olsun.

"Hazırda Ermənistanda parlament seçkilərinə hazırlıq kampaniyası aparılır. Ona görə də bu ölkəni təmsil edən deputatların iclasa qatılmaları real deyil. Ermənistandakı seçkilərdən sonra Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupunun növbəti iclasının tarixi, yeri və gündəliyi müəyyənləşdiriləcək və təsdiq olunacaq", deyə S.Novruzov əlavə edib.

Qeyd edək ki, Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupu Böyük Britaniyanın LİNKS təşkilatının təşəbbüsü ilə formalaşdırılıb. Hazırda Cənubi Qafqaz Parlament Təşəbbüs Qrupuna Azərbaycan sədrlik edir.

Xəbər lenti

Xəbər lenti