...

Azərbaycan prezidenti Rusiyanın elm və təhsil nazirini qəbul edib

Siyasət Materials 2 Mart 2007 15:13 (UTC +04:00)

Azərbaycan, Qəbələ/müxbir Trend S.Ağayeva/Bu gün Azərbaycan prezidenti İlham Əliyev və Rusiyanın elm və təhsil naziri Andrey Fursenko Azərbaycan və Rusiya arasında təhsil sahəsində əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Dövlət başçısı bu sahədə iki dövlətin əməkdaşlığının inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

Rusiyalı nazir Rusiyanın elm və təhsil sahəsində birgə milli layihələrin həyata keçirilməsində maraqlı oldğunu bildirib.

Görüş hazırda prezident İ.Əliyevin səfərdə olduğu Qəbələ rayonunda baş tutub. Rusiyanın təhsil naziri həmçinin bu regiona rus icmasının həyat fəaliyyəti və təhsil sahəsi ilə tanış olmaq üçün baş çəkib.

Xəbər lenti

Xəbər lenti