...

BMT İP təmsilçisi: "Azərbaycanın humanitar yardımlar ünvanından donor ölkəyə çevrilir"

Siyasət Materials 2 Mart 2007 20:11 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycanın humanitar yardımlar ünvanından donor ölkəyə çevrilməsi perspektivləri mövcuddur. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu barədəBMT İnkişaf Proqramının Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Kori Udovik xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə bildirib. Xanım K.Udovik Azərbaycanın BMT İP-lə əməkdaşlıqda bir sıra müsbət uğurlarını diqqətə çatdırmışdır. O, həmçinin Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətləri, ölkə rəhbərliyinin apardığı müdrik siyasəti, neft gəlirlərinin düzgün idarə edilməsi və qeyri-neft sektorunun inkişafına sərf edilməsini müsbət qiymətləndirmişdir.

Öz növbəsində Nazir Elmar Məmmədyarov Azərbaycanın donor ölkəyə çevrilmək istiqamətində səylərinin artırılması üçün BMT İP-lə əməkdaşlığı davam etdirməyə ehtiyac duyulduğunu bildirib.

Daha sonra, tərəflər arasında Azərbaycanda insan resurslarının inkişaf etdirilməsi, aqrobiznesin inkişafı, kiçik və orta sahibkarlığın formalaşdırılması, yoxsulluğun azaldılması kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Xəbər lenti

Xəbər lenti