...

"Seçkilər" İnformasiya Mərkəzinin direktoru Rusiya Elmlər Akademiyasının "İlin ən yaxşı elmi işi" diplomunu qazanıb

Siyasət Materials 3 Mart 2007 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.İlhamqızı/Azərbaycanın Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev Rusiyanın Nijni Novqorod şəhərində keçirilən "Layihələrin İdarə Edilməsi: Hakimiyyət. İctimaiyyət, Biznes" adlı beynəlxalq Simpoziumda iştirak edib. Bu barədə İqbal Babayev məlumat verib.

Simpozium Layihələrin İdarə Edilməsi Beynəlxaq Assosiasiyası - IPMA və Nijeqorod vilayəti hökumətinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirin əsas mövzusu müəssisələrin, şirkətlərin, biznesin, dövlət idarəetmə orqanlarının layihələr əsasında idarə edilməsinə aid olub. Simpoziuma Rusiya Federasiyası Prezidentinin yanında milli prioritet layihələrin icrası üzrə şuranın üzvü A.Oçirova rəhbərlik edib. 20-yə yaxın ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə İqbal Babayev məruzə ilə çıxış edib.

Simpoziumda həmçinin Rusiya Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunun direktoru akademik V.Burkov İqbal Babayevi "İlin ən yaxşı elmi işi" adlı diplomla təltif edib.

Xəbər lenti

Xəbər lenti