...

Polşa prezidentinin Azərbaycana səfəri ilkin olaraq martın 30-na təyin olunub

Siyasət Materials 5 Mart 2007 12:15 (UTC +04:00)
Polşa prezidentinin Azərbaycana səfəri ilkin olaraq martın 30-na təyin olunub

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/Polşa prezidenti Lex Kaçinskinin Azərbaycana səfəri ilkin olaraq martın 30-na təyin olunub. Bu barədə Polşanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Voytsex Quretski məlumat verib. Səfərin daha dəqiq vaxtı bu həftə dəqiqləşdiriləcək. Diplomat bildirib ki, hazırda tərəflər gözlənilən səfərin proqramını hazırlayır.

L.Kaçinski Qazaxıstana rəsmi səfər etdikdən sonra Azərbaycana gələcək.

Bu səfər L.Kaçinskinin Polşa prezidenti postunda Azərbaycana ilk rəsmi səfəridir. Səfərdə tərəflər iki ölkənin ikitərəfli və regionlar səviyyələrində Avropa strukturlarına inteqrasiyası çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti