...

MSK sədri M.Pənahov Böyük Britaniyada MSK, İFES, Seçki Rəsmiləri Assosiasiyasının rəhbərlərilə görüşüb

Siyasət Materials 5 Mart 2007 14:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Böyük Britaniya Seçki Rəsmiləri Assosiasiyasının dəvətilə 24 fevral - 3 mart 2007-ci il tarixdə Böyük Britaniyada səfərdə olub. Bu barədə MSK-nın mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı MSK sədri Brayton şəhərində keçirilən Seçki Rəsmiləri Assosiasiyasının 20-ci ildönümünə həsr olunmuş illik yığıncağ və konfransda iştirak edib. Assosiasiyasının toplantısı çərçivəsində M.Pənahov dünyanın aparıcı istehsalçılarının iştirak etdiyi "Seçki avadanlıqları və materialları" sərgisi ilə tanış olub.

Səfər əsnasında M. Pənahov Böyük Böyük Britaniya Mərkəzi Seçki Komissiyasının sədri Sem Yanqerlə, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) Prezidenti Riçard Saudrietlə və Böyük Britaniya Seçki Rəsmiləri Assosiasiyasının sədri Con Törnerlə görüşlər keçirib. Hər üç görüş zamanı qarşılıqlı əməkdaşlıq və onun gələcək perespektivlərilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti