...

Gəncənin müxtəlif qəsəbələrində pulsuz səhiyyə günləri keçirilir

Siyasət Materials 5 Mart 2007 15:38 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncənin müxtəlif qəsəbələrində pulsuz səhiyyə günləri keçirilir. Məlumatı şəhər Səhiyyə İdarəsinin rəisi Mehman Rzayev verib.

Pulsuz səhiyyə günləri şəhər İca Hakimiyyəti aparatının təşəbbüsü ilə Səhiyyə İdarəsinin təşkilatçılığı altında idarənin daxili imkanları hesabına keçirilir. Səhiyyə İdarəsinin rəisi Mehman Rzayevin Trendə verdiyi məlumata görə, ilk belə tibbi xidmət şəhərin Sevinc qəsəbəsində təşkil olunub. Burada 1128 nəfər müayinə olunub. Onlardan 670 nəfəri azyaşlı uşaqlardır.

"Sevinc qəsəbəsi yeni salınan yaşayış massivdir. Burada tibbi xidmət yoxdur. Məhz elə buna görədə ilk tibbi xitmətimizi bu qəsəbədə təşkil etdik. Sakinlər ultrasəs, rentgen və s müayinlərədən keçdilər. Ehtiyacı olanlara pulsuz dərman preparatları da verdik" - deyə M. Rzayev qeyd etdi.

Müsahib onu da bildirib ki, qəsəbədə olan orta məktəb şagirdləri arasında pedikülyoz (baş tüklərinin diblərində bitlərin olması) xəstəliyi də yayılıb ki, buna qarşı da bir sıra tibbi proflaktik tədbirlər görülüb. 10 nəfər şagirdin hər birinə 50 qram MMK preparatı verilib. 4 kq xlorlu məhlulla məktəb binası dizenfeksiya olunub. Səhiyyə İdarəsindən bildirdilər ki, qəsəbə nəzarətdə saxlanılır və burada dizenfeksiya işləri mütəmadi olaraq təşkil olunacaq.

Şəhər Səhiyyə idarəsi belə pulsuz tibbi müayinə günlərini şəhərin digər qəsəbələrində də təşkil etməyi planlaşdırırı. Şəhər üzrə pulsuz səhiyyə günləri isə Novruz bayramı ərəfəsində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti