...

GUAM milli koordinatorlarının Kiyevdəki növbəti iclasının gündəliyi hazırdır

Siyasət Materials 5 Mart 2007 16:25 (UTC +04:00)

Ukrayna, Kiyev/müxbir Trend Z.Novosvitski/ GUAM milli koordinatorlarının 15-16 mart tarixində keçiriləcək növbəti iclasında bir neçə qrup məsələlərin müzakirəsi planlaşdırılıb. Bu barədə Trend in xüsusi müxbirinə GUAM-ın Kiyevdəki informasiya ofisindən məlumat verilib.

Təqdim olumuş məlumata əsasən, ilk növbədə bu, demokratiya və iqtisadi inkişaf üzrə Təşkilatın institusional inkişafı və təşkilati fəaliyyətidir. Bu fəaliyyət Birliyin GUAM-a transformasiyası əsasında yaradılır. İkinci qrup fəaliyyət beynəlxalq və regional təhlükəsizlik, sabitlik, GUAM dövlətlərinin beynəlxalq təşkilatlar, ilk öncə BMT və ATƏT çərçivsəində qarşılıqlı əməkdaşlığı, həmçinin GUAM-ın bu beynəlxalq təşkilatlar və başqa dövlətlərlə əməkdaşlığın inkişafını əhatə edir.

Böyük diqqət GUAM əməkdaşlığınıın sahələr üzrə möhkəmləndirilməsinə yönələcək. Bu əməkdaşlıq çərçivəsində iqtisadiyyat və ticarət, energetika, nəqliyyat, informasiya texnologiyaları, mədəniyyət, elm və təhsil, fövqəladə hallar, turizm, terrorizmə qarşı mübarizə, mütəşəkkil cinayətkarlıq və narkotiklərin yayılması və başqa məsələlərlə bağlı artıq doqquz sahəni əhatə edən qrup və yarımqruplar fəaliyyət göstərir.

Həmçinin bu ilin yayında Azərbaycanda keçirilməsi planlaşdırılan GUAM-ın XİN rəhbərləri və dövlət başçılarının növbəti görüşləri (sammit) üçün aktual olan bəzi məsələlər də müzakirə olunacaq.

Xatırladaq ki, Ukrayna GUAM-a 2006-cı ilin mayın 23-dən sədrlik edir. 2007-ci ilin əvvəlində Ukrayna Nazirlər Kabineti Ukraynanın demokratiya və iqtisadi inkişaf üzrə təşkilatda sədrliyinin yerinə yetirilməsi üzrə tədbirlər planı qəbul edib. Proqramın əsas bəndlərindən biri GUAM Nizamnaməsinin ratifikasiyası və Ukrayna paytaxtında yerləşəcək GUAM katibliyində hazırlıq işlərinin yerinə yetirilməsidir.

Xəbər lenti

Xəbər lenti