...

Sabahdan Türkiyə Quru Qoşunları komandanının Azərbaycana səfəri başlayır

Siyasət Materials 5 Mart 2007 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Türkiyənin Quru Qoşunları komandanı general İlker Başbuğ martın 6-8-də Azərbaycanda rəsmi səfərdə olacaq. Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, səfər çərçivəsində İ.Başbuğ həmkarı Səfər Əbiyevlə görüşəcək. Görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunacaq. Türkiyəli generalı Azərbaycan prezidenti İlham Əliyevin də qəbul edəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti