...

Azərbaycanda İran vətəndaşı 4 kiloqram 55 qram heroini satakən tutulub

Siyasət Materials 6 Mart 2007 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Əbdül Məmmədov və İran vətəndaşı Həmidi Əli 4 kiloqram 55 qram heroini satarkən tutulublar.

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı-Qazax yolundakı Yol Patrul Xidməti postunda Salyan rayon sakini Rabil Mehdiyevin idarə etdiyi "QAZ-3110" markalı avtomaşın nəzarət qaydasında yoxlanılıb. Avtomaşında olan sərnişin, Bakı şəhər sakini Akif Vəliyevdən 11,147 qram heroin götürülüb. Hər iki fakt üzrə cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti