...

Deputat Vahid Əhmədov: "Gürcüstanda yaşayan azərbaycanlılara qarşı təzyiqlər davam edir"

Siyasət Materials 6 Mart 2007 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Gürcüstanda yaşayan azərbaycanlılara qarşı təzyiqlər davam edir. Deputat Vahid Əhmədov parlamentdə çıxış edərək bildirib ki, Azərbaycan ağır günlərində Gürcüstanın yanında olub. Elektirik enerjisi ilə təminatda, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilişi zamanı tariflərdə, qazın qiymətində Gürcüstana güzəştlər edilib. Bundan başqa Bakı-Tbilisi-Axalxalaki-Qars dəmiryol xəttinin çəkilişi üçün bu ölkəyə faizsiz kredit ayrılıb: "Bütün bunların həyata keçirilməsində məqsəd Gürcüstanda yaşayan soydaşlarımızı qorumaqdır. Lakin Gürcüstan dövləti bunu qiymətləndirmir", -deyə millət vəkili əlavə edib.

Onun sözlərinə görə, Gürcüstanda yaşayan soydaşlırımızı öz doğma yerlərini tərk etməyə məcbur edirlər. Son zamanlar azərbaycanlıların yaşadıqları ərazilərdəki məktəblərin direktorlarını gürcü dilini bilməməkdə ittiham edərək vəzifələrindən uzaqlaşdırırlar: "Bu məqsədli şəkildə həyata keçirilən siyasətin tərkib hissəsidir. Azərbaycan dövləti buna rəsmi şəkildə etiraz etməlidir. Xarici İşlər Nazirliyi bu ölkəyə nota verməli və Gürcüstanın səfiri nazirliyə dəvət olunaraq bu məsələlər onun nəzərinə çatdırılmalıdır, izahat tələb olunmalıdır."

Xəbər lenti

Xəbər lenti