...

Azərbaycan prezidenti xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edib

Siyasət Materials 6 Mart 2007 20:24 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Makedoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Melpomeni Kornetinin, Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Yorgensenin, Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İsmayıl Əllavinin, İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hans Qunner Adenin, İslandiya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Benedikt Asgeyrssonun etimadnaməsini qəbul qəbul edib. Səfirlər öz dövlət başçılarının salamlarını və ən xoş arzularını prezident İlham Əliyevə çatdırıblar.

Azərbaycan prezidenti də öz növbəsində səfirləri təbrik edib və ölkələr arasındakı əməkdaşlığın bundan sonra da davam edəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti