...

Azərbaycan prezidenti muzey işinin yaxşılaşdırılması haqqında sərəncam imzalayıb

Siyasət Materials 6 Mart 2007 20:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/ Azərbaycan Respublikasının prezidenti İlham Əliyev martın 6-da "Muzey işinin yaxşılaşdırılması haqqında" sərəncam imzalayıb. Sərəncamda deyilir: "Xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır. Bu gün muzeylərimiz nadir sənət incilərinin və milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malik olub respublikamızın bütün bölgələrini əhatə edir".

Sərəncamda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin respublikamızda muzeylərin inkişafına ağır zərbə vurduğu da bildirilib.

Prezident Azərbaycanda muzey işinin yaxşılaşdırılmasının ölkəmizin mənəvi həyatının inkişafı baxımından əhəmiyyətini və perspektivlərini nəzərə alaraq, elmi və mədəni sərvətlərdən hərtərəfli istifadə imkanlarını genişləndirmək məqsədi ilə qərara alıb ki, Mədəniyyət və Turizm Nazirliyi Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının tikilməsi, yerli icra hakimiyyəti orqanları ilə birlikdə Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatı və digər tədbirlərlə bağlı plan hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin.

Xəbər lenti

Xəbər lenti