...

Milli Məclis GUAM çərçivəsində əməkdaşlığı nəzərdə tutan sazişləri təsdiq edib

Siyasət Materials 6 Mart 2007 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin martın 6-da keçirilən iclasında "GUAM dövlətlərinin Xarici İşlər Nazirlikləri arasında diplomatik nümayəndələrin hazırlanması haqqında" saziş təsdiq edilib.

Sənəd haqqında məlumat verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov qeyd edib ki, bu saziş GUAM ölkələri dövlət başçılarının 2006-cı ilin 22-23 iyununda Kiyev şəhərində sammitində imzalanıb.

Sazişə əsasən təşkilata üzv olan ölkələri təmsil edən diplomatlar qarşılıqlı olaraq bir-birinin diplomatik universitetlərində və akadaemiyalarında təcrübə keçəcəklər.

Parlament bundan tbaşqa GUAM-ın Prosedur Qaydalır, Katibliyin Əsasnaməsi və Maliyyə Əsasnəməsini təsdiq edib.

Xəbər lenti

Xəbər lenti