...

Ümumdünya Poçt İttifaqının "Poçt ödənişləri xidmətləri haqqında" qanun layihəsi birinci oxunuşda qəbul olunub

Siyasət Materials 6 Mart 2007 20:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin martın 6-da keçirilən iclasında "Ümumdünya Poçt İttifaqının "Poçt ödənişləri xidmətləri haqqında" qanun layihəsi birinci oxunuşda qəbul olunub. Qanun layihəsi haqqında Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə məlumat verib. Komissiya sədri qeyd edib ki, hazırda Azərbaycan 191 ölkədən cəmi 22-sinə pul baratları köçürə bilir. Deputatların qənaəti belə oldu ki, bu sənədin qəbul edilməsi həmin sahədə imkanları genişləndirər.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Xəbər lenti

Xəbər lenti