...

Bakının sürücüləri arasında təhlükəsizlik aylıgı keçiriləcək

Siyasət Materials 7 Mart 2007 14:25 (UTC +04:00)

Az?rbaycan, Bak?/ Trend muxbir E.Huseynli/ İctimai Radio və Bakı şəhər Yol Polisi İdarəsi martın 10-dan aprelin 10-dək paytaxt sürücüləri arasında "Təhlükəsiz yol-nümunəvi sürücü" devizi altında təbligat aylıgı keçirəcək. Bununla bağlı bu gün keçirilən mətbuat konfransında Bakı şəhər Yol Polisi İdarəsinin Nəqliyyatın Təhlükəsizliyinin Təmini və İctimaiyyətlə Əlaqə şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, təhlükəsizlik aylıgının keçirilməsində məqsəd hərəkət iştirakçıları arasında maarifləndirmə işini gücləndirmək, sürücülər tərəfindən yol hərəkəti qaydalarına əməl olunmasını təmin etməkdir.

Onun sözlərinə görə, ötən il Azərbaycan üzrə 740 mindən artıq sürücü yol-hərəkəti qaydasını pozub. Bunlardan 402 mindən artığı paytaxt sürücülərin payına düşüb. Piyadaların nəqliyyat vasitələri ilə vurulması halları isə Bakı üzrə 53% təşkil edib.

Xəbər lenti

Xəbər lenti