...

Deputat Pənah Hüseyn: "ADP-nin parçalanması Rəsul Quliyevin həyata keçirdiyi zərərli siyasətin nəticəsidir"

Siyasət Materials 7 Mart 2007 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Demokrat Partiyasının (ADP) iki hissəyə parcalanmasının məsuliyyəti Rəsul Quliyevin üzərinə düşür. ADP-nin də təmsil olunduğu "Azadlıq" blokundan deputat seçilən Pənah Hüseyn bildirib ki, adıçəkilən təşkilatın iki hissəyə parçalanması Rəsul Quliyevin 2005-ci ilin parlament seçkilərindən əvvəl və sonra həyata keçirdiyi siyasi kursun nəticəsidir.

P.Hüseyn qeyd edib ki, ADP-də yaşanan olaylar R.Quliyevin zərərli siyasətinin nəticəsi olsa da, Sərdar Cəlaloğlunu müdafiə etmək fikri yoxdur: "Mən Sərdar Cəlaloğlunun əlindən bərk qəzəbliyəm. Onun dialoq təklifləri və çağırışları çox miskin və zərərli görünür. Eyni zamanda nəinki siyasi dialoqun baş tutmasına səbəb olmur, əksinə, buna zərər vurur."

Xatırladaq ki, müxalifəti təmsil edən ADP bir müddət əvvəl sədr Rəsul Quliyev və onun birinci müavini Sərdar Cəlaloğlunun tərəfdarlarından ibarət iki hissəyə parçalanıb. ADP üzv olduğu "Azadlıq" blokundan da xaric olunub.

Xəbər lenti

Xəbər lenti