...

Azərbaycan və Gürcüstan dövlət sərhədinin bir məntəqəsini razılaşdırıb

Siyasət Materials 7 Mart 2007 19:35 (UTC +04:00)
Azərbaycan və Gürcüstan dövlət sərhədinin bir məntəqəsini razılaşdırıb

Azərbaycan, Bakı/ Trend müxbir A.İsmayılova/ Bu gün sərhədlərin delimitasiya və demarkasiyası üzrə Azərbaycan-Gürcüstan birgə Komissiyası 13 ərazidən birini razılaşdırıb. Azərbaycan xarcici işlər nazirinin müavini Xələf Xələfovun verdiyi məlumata görə bu sahə Ağstafa rayonu ərazisində yerləşir. Görüşün nəticələrinə müvafiq olaraq protokol tərtib edilib. Nazir müavinin sözlərinə görə, hazırda dövlətlərarası sərhədin 65 faizi razılaşdırılıb və bu gün də böyük olmayan, lakin çox əhəmiyyətli bir məntəqə üzrə razılığa gəlinib.

Bu günkü görüşün nəticələrinə müvafiq olaraq ekspertlər səviyyəsində işlərin davam etdirilməsinə qərar verilib.

İyun ayına qədər bütün qalan sahələr üzrə ekspert müzakirələri aparılacaq, bundan sonra isə Tiflisdə növbəti görüş keçiriləcək. "David Qareci" kompleksinin yerləşdiyi ərazi ilə bağlı məsələyə toxunan nazir müavini bu əraziyə yenidən ekspert qrupunun göndərilməsinə etiyac olduğunu bildirib.

Gürcüstan xarici işlər nazirinin müavini Georgi Mandjqalidzenin bildirdiyinə görə, danışıqlar konstruktiv şəraitdə keçib və bundan sonrakı əməkdaşlığın inkişafına yol açacaq.

Xəbər lenti

Xəbər lenti