...

Türkiyə Bakıda yeni səfirlik kompleksi açıb

Siyasət Materials 9 Mart 2007 17:13 (UTC +04:00)
Türkiyə Bakıda yeni səfirlik kompleksi açıb

Azərbaycan,Bakı/müxbir Trend A.İsmayılova/Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan Bakıda Türkiyənin yeni səfirlik kompleksinin açılış mərasimində iştirak ediblər. Mərasimdə çıxış edən Azərbaycan prezidenti bəyan edib ki, son 15 ildə Azərbaycan və Türkiyə arasında münasibətlər daha da yaxınlaşıb. O qeyd edib ki, indi Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bütün türk xalqlarını birləşdirir.

Öz növbəsində Türkiyənin baş naziri bu ölkənin Azərbaycandakı səfirliyinin iki ölkə arasında əməkdaşlığın inkişafı üçün fəaliyyətinin vacibliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti