...

DAK sədri: "Azərbaycan prezidentinin öz vədini tutmasından ilham alaraq bundan sonra bütün gücümlə çalışacağam"

Siyasət Materials 12 Mart 2007 14:44 (UTC +04:00)
DAK sədri: "Azərbaycan prezidentinin öz vədini tutmasından ilham alaraq bundan sonra bütün gücümlə çalışacağam"

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda Azərbaycan-Türkiyə diasporlarının I Forumunun vəd veriliyi vaxtda keçirilməsini yüksək qiymətləndirir. Bu barədə Cavad Derəxti özü açıqlama verib.

"Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə olarkən gələn ilin ilk yarısında Bakıda Azərbaycan-türk diasporlarının birinci Forumunun keçirilməsini təklif etdi. İlham Əliyev bu vədinə əməl etdi, tədbiri dediyi vaxtda keçirdi. Mən də onun bu addımından, öz vədini tutmasından ilham alaraq bundan sonra daha çox, bütün gücümlə çalışacağam"-deyə C.Derəxti qeyd edib.

DAK sədri əlavə edib ki, martın 9-da Bakıda keçirilmiş Azərbaycan-Türk diasporlanın I Forumu həm də tanışlıq xarakteri daşıyıb. Türkiyədən, Güney Azərbaycandan, Şimali Kiprdən, Kərkükdən olan türklər, müxtəlif ölkələrə səpələnmiş diasporlarımız bir-birini tanıyıb, tanış olublar: "Belə əhəmiyyətli strategiyanı biz DAK-ın qarşıdakı qurultayında da müzakirə edəcəyik. Bir çox diaspor nümayəndələrini qurultaya dəvət edəcəyik".

C.Derəxti DAK-ın fəaliyyəti ilə bağlı tənqidlərə münasibətini bildirərkən təşkilat daxilində ayrı-seçkilik olmadığını, parçalanma baş vermədiyini deyib: "Sadəcə olaraq bəzi dostlarımız internetlə göndərdiyimiz məlumatları görməyiblər".

Xəbər lenti

Xəbər lenti