...

Gürcüstanda Azərbaycan vətəndaşı saxlanılıb

Siyasət Materials 12 Mart 2007 14:47 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Gürcüstan sərhədçiləri Rusiya vətəndaşı ilə ölkəni tərk edərək Türkiyəyə getməyə cəhd edən Azərbaycan vətəndaşını saxlayıb. Bu barədə Trend in Tiflisdəki xüsusi müxbiri məlumat verib.

Sərhəd polisinin Trend ə bildirdiyinə görə, onlar Gürcüstan-Türkiyə sərhədində, "Sarpi" sərhəd-nəzarət məntəqəsində pasport yoxlanışı zamanı həbs olunublar. Hər ikisində Gürcüstan gömrük və sərhəd xidməti idarəsinin ölkəyə gəlmək barədə qeydiyyatı olmayıb. Hər ikisinin Gürcüstana Cənubi Osetiya ərazisinin mərkəzi hakimiyyət tərəfindən nəzarət olunmayan Roksk aşırımından gəlməsi məlum olub.

Gürcüstana bu ərazidən gəlmə qeyri-qanunidir və saxlanılanları Gürcüstan sərhədini qanunsuz olaraq keçdiklərinə görə həbs gözləyir.

Xəbər lenti

Xəbər lenti