...

Milli Məclisin deputatları Ukraynaya gediblər

Siyasət Materials 12 Mart 2007 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri  martın 12-dən 15-dək Ukraynada səfərdə olacaqlar. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.  Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fərrux Zeynalovun başçılıq etdiyi nümayəndə heyətinə işçi qrupun üzvlərindən  Adil Əliyev, Rövşən Rzayev və Əli Məsimli daxildir.

Səfər zamanı Ukraynanın Ali Radası ilə Milli Məclis arasında parlamentlərarası  əməkdaşlığı, qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsini genişləndirmək istiqamətində  müzakirələr aparılacaq. Ali Radanın rəhbərliyi və Ukrayna deputatlarıyla görüşlərdə ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə dair aktual məsələlər ətrafında fikir  mübadiləsi aparılacaq.

Xəbər lenti

Xəbər lenti