...

Milli Məclisin sədri Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb

Siyasət Materials 12 Mart 2007 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidzeni qəbul edib. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

O.Əsədov səlahiyyət müddətini başa vurub öz ölkəsinə qayıtmağa hazırlaşan səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. Spiker Zurab Qumberidzenin Azərbaycanda fəaliyyət göstərdiyi dövrdə ölkələrarası münasibətlərin inkişafındakı xidmətlərini yüksək dəyərləndirərək səfirin gələcəkdə də, harada çalışmasından asılı olmayaraq, bu istiqamətdə səylərini əsirgəməyəcəyinə inandığını qeyd edib. Bildirib ki, siyasi, iqtisadi, humanitar sahələrdə sürətlə inkişaf edən əməkdaşlığımız parlamentlər səviyyəsində də uğurla davam etdirilir. Hər iki ölkənin ali qanunvericilik orqanlarında parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir. Deputatlarımız müxtəlif nüfuzlu beynəlxalq qurumlarda prinsipial məsələlərdə eyni mövqedən çıxış edirlər.

Zurab Qumberidze Azərbaycanda fəaliyyət göstərdiyi illəri heç vaxt unutmayacağını və gələcəkdə də Azərbaycanla əlaqələrini kəsməyəcəyini bildirib. Qeyd edib ki, o, gələcəkdə də iki dost və qardaş xalqın münasibətlərinin daha da möhkəmlənməsində öz səylərini əsirgəməyəcək.

Görüşdə tərəfləri maraqlandıran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Z.Qumberidze yaxın vaxtlarda öz ölkəsinə dönəcək. Artıq onun yerinə yeni səfir təyin olunub.

Xəbər lenti

Xəbər lenti