...

Türkiyədə təhsil alan azərbaycanlı tələbələri arasında bilik yarışı keçirilib

Siyasət Materials 12 Mart 2007 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/Azərbaycanın Türkiyədə təhsil alan tələbləri arasında bilik yarışı keçirilib. Bu barədə Azərbaycanın Türkiyədəki baş konsulu Səyyad Aran məlumat verib. Baş konsulun sözlərinə görə, Azərbaycan Təhsil Nazirliyinin Türkiyədəki xüsusi nümayəndəsi Nəcibə Nəsibovanın iştirakı ilə keçirilən bilik yarışında İzmirin Ecey Universitetinin tələbələri birinci yeri tutub. Aran onu da bildirib ki, Türkiyə universitetlərinin tibb fakultələrində təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Görüşdə onların problemləri dinlənilib. Tələbələrin təklif və iradları Azərbaycanın Təhsil, Səhiyyə nazirliklərinə göndəriləcək.

Xəbər lenti

Xəbər lenti