...

YAP Ağdaş rayon təşkilatının konfransı keçirilib

Siyasət Materials 12 Mart 2007 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Ağdaş rayon təşkilatının V konfransı keçirilib. Bu barədə YAP mətbuat xidmətindən məlumat verilib.Mandat komissiyasının məlumatına görə konfransda 424 nümayəndə iştirak edib.Hesabat məruzəsi ilə çıxış edən YAP-ın Ağdaş rayon təşkilatının sədri Qalib Həsənovun verdiyi məlumata görə təşkilat öz fəaliyyətini ötən dövr ərzində işini partiya sədrinin III qurultaydakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi istiqamətinə yönəldib. Gündəliyə uyğun olaraq təşkilatın nəzarət təftiş komisiyasının hesabatı dinlənildikdən sonra müzakirələr aparılıb. Konfransda YAP icra katibinin müavini Mübariz Qurbanlı və YAP Siyasi Şurasının üzvü, MM-in Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov ölkənin ictimai-siyasi həyatında baş vermiş yeniliklər, iqtisadi və aqrar sahədə uğurla həyata keçirilən islahatlar və qazanılmış uğurlar barəsində danışıblar. Konfransda həmçinin təşkilati məsələlərə baxılıb. Cavid Osmanov yekdilliklə YAP-ın Ağdaş rayon təşkilatının sədri seçilib. Konfransda təşkilatın 29 nəfərdən ibarət şurası, 11 nəfər tərkibdə idarə heyəti və 5 nəfərdən ibarət nəzarət təftiş qrupu seçilib.Konfransın sonunda Azərbaycan prezidenti, YAP sədri İlham Əliyevə müraciət qəbul edilib.

Qeyd edək ki, YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. Partiyanın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. 14 ildir ki, hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti