...

Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP "Azadlıq" blokundan çıxmaq barədə qərar qəbul edib

Siyasət Materials 12 Mart 2007 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyasının (ADP) IX Qurultaya hazırlıq Üzrə Təşkilat Komitəsinin bu gün keçirilən iclasında partiyanın "Azadlıq" blokundan çıxmasına dair qərar qəbul edilib. Cəlaloğlu bildirib ki, qərarın çıxarılmasına səbəb "Azadlıq" blokunun onlara qarşı münasibəti olub: "Müzakirələrdə qeyd olunub ki, "Azadlıq" blokunun qərarı qurumun əsasnaməsinə ziddir və müttəffiqlik etikasına sığmır. Bundan sonra blokun tərkibində siyasi əməkdaşlıq şübhə yaradırdı. Ona görə də blokdan çıxmaq barədə qərar çıxarıldı". Cəlaloğlunun sözlərinə görə, ADP "Azadlıq" blokunun tərkibində olan partiyalarla ikitərəfli əməkdaşlığa üstünlük verəcək.

Xəbər lenti

Xəbər lenti