...

"ADP-nin "Azadlıq" blokundan çıxması barədə tələsik qərarından təəssüflənirik" - blokun həmsədri Ə.Əliyev

Siyasət Materials 13 Mart 2007 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı /müxbir Trend S.İlhamqızı/Azərbaycan Demokrat Partiyasının "Azadlıq" blokundan çıxması barədə qərarı blokun həmsədrləri tərəfindən təəssüflə qarşılanır. Bu barədə "Azadlıq" blokunun həmsədri Əli Əliyev açıqlama verib.

"Azadlıq" bloku rəhbərliyinin ADP-nin burada fəaliyyətinin müvəqqəti dayandırılması barədə qərarından sonra martın 12-də ADP bloku tamamilə tərk etməyə qərar verib. Hazırda "Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Əliyev qeyd edib ki, ADP bu addımı ilə tələskənliyə yol verib: "Bizim qərarımız əsaslandırıldı, ADP-nin daxilində, mövqelərində anlaşılmazlıq var idi. Bunlara aydınlıq gətirilməsi üçün ADP-yə vaxt verilirdi. Onun fəaliyyətinin dayandırılması blokun dağılmasına yönələn qərar deyildi, lakin ADP tələsik qərarı ilə səhvə yol verdi".

Xəbər lenti

Xəbər lenti