...

Sabah qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək

Siyasət Materials 13 Mart 2007 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ ATƏT -in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, sabah Qazax rayonunun Məzəmli kəndi yaxınlığında, qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Günter Folk aparacaqlar. Təmas xəttinin qarşı tərəfində isə bu işi ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Piter Ki və Miroslav Vımetal yerinə yetirəcəklər.

Xəbər lenti

Xəbər lenti