...

Azərbaycan Prezident Aparatının xarici əlaqələr şöbəsinin rəhbəri: ABŞ səfirinin fikirləri diplomatik çərçivədən çıxır

Siyasət Materials 13 Mart 2007 14:32 (UTC +04:00)
Azərbaycan Prezident Aparatının xarici əlaqələr şöbəsinin rəhbəri: ABŞ səfirinin fikirləri diplomatik çərçivədən çıxır

Azərbaycan,Bakı/müxbir Trend E.Hüseynov/Azərbaycan Prezidenti Aparatının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədovun fikrincə, ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersinin sonuncu fikirlərini diplomatik çərçivədən çıxır.

Bu yaxınlarda səfir bəyan edib ki, ABŞ bu ölkənin Dövlət Departamentinin Azərbaycan rəhbərliyini insan haqları sahəsində illik hesabatında göstərilmiş çatışmazlıqları aradan qaldırmağa çağırıb. Dövlət Departamentinin illik hesabatında Azərbaycan insan haqları ilə bağlı vəziyyətin pisləşdiyi ölkələr siyahısında göstərilib, deyə səfir qeyd edib. Neqativ anlar sırasında səfir hesabata əsaslanaraq jurnalistlərə hücumların artması, sərbəst toplaşmaq hüququnun pozulması, türmələrdə vəziyyətin pisləşməsi, məhkəmə və polis sistemində korrupsiyanı göstərib. Azərbaycan rəhbərliyinə bu çatışmazlıqları aradan qaldırmaq lazımdır, belə ki, respublikanın ATƏT, AŞ, AB və NATO qarşısında insan haqlarının təmin olunması sahəsində ciddi öhdəlikləri var, deyə E.Dersi vurğulayıb.

"Səmimi olaraq qeyd edirəm ki, bəyanat məni müəyyən mənada təəccübləndirib, çünki diplomatik nümayəndə olan səfir tərəfindən KİV vasitəsilə bu cür xarakterli fikirləri səsləndirməsi, başa düşdüyüm qədər müəyyən mənada diplomatik çərçivədən çıxır", deyə Novruz Məmmədov Trend ə müsahibəsində bildirib. "Diplomatik münasibətləri tənzimləyən Vyana Konvensiyasında diplomatik nümayəndələrin konkret olaraq fəaliyyət çərçivələri göstərilib. Biz demirik ki, bizdə hər şey idealdır, problem yoxdur. Həqiqət ondan ibarətdir ki, bizdə güclü inkişaf gedir və problemlərin həlli üçün güclü iradəmiz var, nəticələr isə hamının gözü qarşısındadır".

N.Məmmədov həmçinin qeyd edib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunub, heç kəs səbəbsiz həbslərə məruz qalmır, korrupsiyaya qarşı mübarizə aparılır. Parlaq misal olaraq N.Məmmədov bu günkü qəzetlərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Dövlət Komissiyasının korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramının nəticələrinin nəşr olunmasını göstərib. Yalnız ABŞ Dövlət Departamentinin hesabatına əsaslanaraq səfirin bəyanat verməsi fikrinə gəlincə, N.Məmmədov vurğulayıb ki, bu, KİV vasitəsilə "bu cür formada fikirlərin bildirilməsi üçün əsas ola bilməz".

Xəbər lenti

Xəbər lenti