...

"Azadlıq" bloku Məclisinin iclası keçiriləcək

Siyasət Materials 13 Mart 2007 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Martda "Azadlıq" siyasi bloku Məclisinin sessiyası çağırılacaq. Bu barədə blokun həmsədri Əli Əliyev məlumat verib.

"Azadlıq" bloku Sədrlər Şurasının martın 12-də keçirilən iclasında Məclisin iclasının çağırılması məsələsi müzakirə olunub. Qərara alınıb ki, Sədrlər Şurasının martın 19-da keçiriləcək toplantısında Məclisin sessiyasının günü təyin ediləcək. Əliyevin sözlərinə görə, Məclis bu ay ərzində toplanacaq və orada "Azadlıq" blokunun 2007-ci il üçün fəaliyyət planı təsdiqlənəcək.

Əliyev onu da deyib ki, iclasda Azərbaycan Demokrat Partiyasının (ADP) "Azadlıq" blokundan çıxması məsələsinin müzakirəsinə ehtiyac görülməyib: "Çünki ADP-nin bu qərarı onun fəaliyyətinin dayandırılması barədə "Azadlıq" blokunun çıxardığı qərara zidd deyil".

"Azadlıq" blokunda üç müxalifət partiyası - Azərbaycan Xalq Cəbhəsi (AXCP), Liberal, Vətəndaş və İnkişaf (VİP) partiyaları təmsil olunur.

Xəbər lenti

Xəbər lenti