...

Zurab Qumberidze: "Gürcüstan Bakı-Tiflis-Qars dəmiryolu layihəsi üzrə götürdüyü bütün öhdəlikləri yerinə yetirəcək"

Siyasət Materials 13 Mart 2007 17:53 (UTC +04:00)
Zurab Qumberidze: "Gürcüstan Bakı-Tiflis-Qars dəmiryolu layihəsi üzrə götürdüyü bütün öhdəlikləri yerinə yetirəcək"

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Gürcüstan həmişə beynəlxalq və regional layihələr üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirir, Bakı-Tiflis-Qars layihəsində də buna əməl edəcək. Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze Azərbaycandakı missiyasının başa çatması ilə əlaqədar təşkil olunmuş mətbuat konfransında bildirib.

Bakı-Tiflis-Qars layihəsilə bağlı ermənilərin çıxışlarını şərh edən səfir Gürcüstan hökumətinin öz öhdəliklərindən geri çəkilməyəcəyini və bütün işlərin zamanında yerinə yetiriləcəyinin bildirib. Ümumilikdə diplomat hər iki ölkə arasındakı siyasi və iqtisadi əlaqələri müsbət qiymətləndirib.

Onun sözlərinə görə, ölkələr arasında enerji sahəsində əməkdaşlıq daha yüksək templə inkişaf edir və tərəflər bundan razıdır.

Səfir ölkələr arasındakı əmtəə dövriyyəsinin 500 mln. ABŞ dollarına çatdığını bildirərək bundan sonra bu əməkdaşlığın daha da inkişaf edəcəyinə umidvar olduğunu bildirib.

Qumberidze Azərbaycanda səfirlik açılandan - 1995-ci ildən bəri son 9 il

ərzində fəaliyyət göstərdiyini bildirib. Diplomatik missiyasını başa vuran Qumberidze Gürcüstanda Neft-qaz korparasiayasının rəlhbəri olaraq fəaliyyətini davam etdirəcək.

Onun davamçısı yaxın günlərdə Azərbaycana gələcək. Qumberidze həmçinin "Şöhrət" ordeni ilə təltif olunduğuna görə Azərbaycan prezidenti İlham Əliyevə minnətdar olduğunu da bildirib.

Xəbər lenti

Xəbər lenti