...

Kşiştof Kraevski: "Polşa prezidentinin Azərbaycana səfər proqramı hazırdır"

Siyasət Materials 13 Mart 2007 18:08 (UTC +04:00)
Kşiştof Kraevski: "Polşa prezidentinin Azərbaycana səfər proqramı hazırdır"

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Polşa prezidenti Lex Kaçinskinin Azərbaycana səfər proqramı hazırlanıb. Polşanın Azərbaycandakı səfiri Kşiştof Kraevski martın 13-də jurnalistlərə müsahibəsində bildirib ki, səfər şərşivəsində Polşa prezidenti Azərbaycanlı həmkarı ilə müzakirələr aparacaq, baş nazir Artut Rəsizadə, parlamentin spikeri Oqtay Əsədov və digər vəzifəli şəxslərlə görüşəcək.

Prezidentin səfər proqramına Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məzarının və Şəhidlər Xiyabanının ziyarəti daxil edilib.

K.Kraevski bəyan edib ki, iki ölkə arasındakı müqavilə layihələri bir çox sahələri əhatə edir və təqribən 20 sənəddən ibarətdir. Hazırda gözlənilən səfər zamanı imzalana biləcək yeni saziş layihələri müzakirə olunur.

Polşa prezidentinin Azərbaycana səfəri təqribən mart ayının 30-31-nə planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti