...

Cənubi Qafqazda qadınların vəziyyətinə dair məruzə AŞPA-nın Daimi Komitəsində müzakirəyə çıxarılacaq

Siyasət Materials 13 Mart 2007 18:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Kişi və qadınlar üçün bərabər imkanlar (Gender bərəbərliyi) Komitəsinin məruzəçisi, rusiyalı deputat Vera Oskinanın hazırladığı Cənubi Qafqazda qadınların vəziyyətinə dair məruzə AŞPA-nın Daimi Komitəsinin martın 16-da Parisdə keçiriləcək iclasında müzakirəyə çıxarılacaq və qəbul ediləcək. Bu barədə məlumat verən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Elmira Axundova bildirib ki, məruzə iki dəfə komitədə müzakirə olunub. Onun sözlərinə görə, müzakirələrdən sonra irəli sürdüyü təklif və düzəlişlər qəbul olunub.

"Kişi və qadınlar üçün bərabər imkanlar Komitəsinin iclasında təklif olundu ki, məruzə AŞPA-nın plenar iclasında deyil, Daimi Komitənin toplantısında dinlənilsin və qəbul edilsin. Daimi Komitədə AŞPA-dakı nümayəndə heyətlərinin rəhbərləri təmsil olunurlar və hansısa sənədlər qurumun plenar iclasında deyil, orada qəbul edilir", -deyə E.Axundova bildirib.

Onun sözlərinə görə, Daimi Komitədə aparılan müzakirələrdə məruzəyə hansısa dəyişiklik edilməyəcək. Sənəd qəbul olunduqdan sonra qüvvəyə minəcək.

E.Axundovanın sözlərinə görə, Azərbyacanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Qazaxıstanda səfərdə olduğuna görə, Daimi Komitənin iclasında ölkəmizi millət vəkili Rafael Hüseynov təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti