...

Azərbaycan XİN başçısı bu gün Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək

Siyasət Materials 13 Mart 2007 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün Cenevrədə keçirilən BMT-nin İnsan hüquqları Şurasının iclasında iştirak edir.

Azərbaycan XİN mətbuat mərkəzindən verilən məlumata görə, sessiyada iştirak çərçivəsində E.Məmmədyarov Avstriya və İtaliyadan olan nümayəndə heyətlərinin rəhbərləri və İnsan Hüquqları üzrə Beynəlxalq Federasiyanın təmsilçiləri ilə görüşüb. Sessiyada nazirin çıxışı da gözlənilir.

Axşam isə Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri lə görüşməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti