Azərbaycan, Bakı/ Trend müxbir P.Əmircanov/Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası vətəndaşlalarının 2007-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında" fərman imzalayıb. Fərmana əsasən, 1989-cu ildə anadan olmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, eləcə də 1972-1988-ci illərdə anadan olmuş, yaşı 35-dək olan, çağırışdan möhlət hüququ olmayan Azərbaycan vətəndaşları 2007-ci il aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır. Fərman eyni zamanda hərbi xidmət müddətini başa vurmuş əsgər, motros və çavuşların ehtiyata buraxılmasını nəzərdə tutur.